“Bakı-2015”in məşəli Heydər Əliyev Mərkəzinə gətirilib VİDEO

“Bakı-2015”in məşəli Heydər Əliyev Mərkəzinə gətirilib VİDEO

Artıq 4-cü gündür ki, "Bakı-2015" I Avropa Oyunlarının məşəli Bakıda səyahətini davam etdirir. SİA-nın məlumatına görə, bu gün məşəl Heydər Əliyev Mərkəzinə aparılıb. Məşəli Heydər Əliyev Mərkəzinə xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov gətirib.

87 yaşı olmasına baxmayaraq xalq rəssamı məşəli çox məharətlə daşıyıb.

"İlk dəfədir ki, məşəl daşıyıram. "Bakı-2015" I Avropa Oyunlarının məşəlini daşımaq mənim üçün böyük şərəfdir. Yaşım çox olsa da, məşəli məharətlə daşımağın öhdəsindən gəldim və bununla fəxr edirəm. "Bakı-2015" I Avropa Oyunları dünya idman tarixində böyük bir hadisədir. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizi çox sevindirir"- deyə, Ö. Eldarov vurğulayıb.

Qeyd edək ki, sabah məşəlin Bakı səyahətinin sonuncu günüdür. Məşəl "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisinə və Dənizkənarı Bulvara aparılacaq.

İyunun 12-də isə məşəl Bakı Olimpiya Stadionunda keçiriləcək Oyunların Açılış Mərasiminə gətiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə