Bayraqdarımız kim olacaq?

Azərbaycan milli komandasının Bakı 2015 I Avropa Oyunlarındakı bayraqdarı adına namizədlər açıqlanıb. Bu barədə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. Rəhimovun sözlərinə görə, bayraqdar 5 idmançı arasından seçiləcək.

Bunlar sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov, Avropa və dünya çempionu Hacı Əliyev, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, son zamanlar keçirilən nüfuzlu yarışların qalibi Elmar Qasımov və boks üzrə Avropa çempionu, dünya və Olimpiya mükafatçısı Teymur Məmmədovdur. Nazirlik rəsmisi yekun qərarı Milli Olimpiya Komitəsi rəhbərliyinin verəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə