Bədavi Hüseynov Türkiyəyə gedir?

"Trabzonspor" milli futbolçu üçün "Qarabağ"la danışıqlara başladı
Bədavi Hüseynov Türkiyəyə gedir?

"Qarabağ"ın və milli komandamızın üzvü Bədavi Hüseynov karyerasını Türkiyədə davam etdirə bilər. 24 yaşlı müdafiəçi ilə "Trabzonspor" yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə Superliqa təmsilçisi artıq "Qarabağ"la danışıqlara başlayıb.

Bədavinin transfer dəyəri 450 min avrodu. "Qarabağ" isə "Trabzonspor"dan 1 milyon avro tələb edir.

Qeyd edək ki, Bədavi Hüseynov arxada qalan mövsüm Premyer Liqada 28 matçda meydana çıxıb və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə