Almaniya voleybolçuları Bakıya yüksək əhval-ruhiyyə ilə gəliblər

Almaniya voleybolçuları Bakıya yüksək əhval-ruhiyyə ilə gəliblər

Almaniyanın qadın voleybolçulardan ibarət yığma komandasının üzvləri iyunun 12-də start götürəcək ilk Avropa Oyunlarında iştirak etmək üçün Bakıda yola düşüblər. Almaniya Voleybol Federasiyasının saytı xəbər verir ki, bir neçə ay əvvəl millinin sükanı arxasına gətirilən italiyalı baş məşqçi Luçiano Pedulla yetirmələrinin medallar qazanacaqlarına iddialıdır. Səfərdən əvvəl "Bakı-2015" ilə bağlı təəssüratlarını bölüşən "Bundestimin" baş məşqcisi deyib ki, yığmanın heyətinə Avropa çempionatının gümüş mükafatçilarından ibarət 8 idmançı da daxil edilib.

Almaniya millisinin kişilərdən ibarət komandası da Bakıda güclü heyətlə təmsil olunacaq. Baş məşqçi Vital Heynenin sözlərinə görə, kişi atletlərin siyahısında dünya çempionatının 9 bürünc mükafatçısı yer alıb.

Ümumilikdə hər iki komanda Bakıdan medallarla qayıtmaq əzmindədir. Voleybol üzrə Almaniya millisinin hər iki komandası qrupda fovaritlərdən hesab olunur. Qadın atletlər Bolqarıstan, Rusiya, Serbiya, Niderland və Xorvatiya, kişi atletlər isə İtaliya, Belçika, Slovakiya, Rusiya və Bolqarıstanın təmsil olunduğu qrupda güclərini sinayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə