"Liverpul"dan növbəti transfer

"Bernli"nin forvardı Denni İnqs karyerasını "Liverpul"da davam etdirəcək. Bu haqda "qırmızılar"ın rəsmi saytı məlumat yayıb. İyulun 1-dən sonra ingilis futbolçu "Liverpul"un futbolçusu kimi ictimaiyyətə təqdim olunacaq. İnqsin klubu ilə olan sazişi məhz sözügedən tarixdə bitir.

Premyer Liqada ilk mövsümünü keçirən İnqs 33 matçda meydana çıxmış və 10 qolla yadda qalmışdı.

"Liverpul" daha öncə heyətini "Mançester Siti"nin yarımmüdafiəçisi Ceyms Milnerlə gücləndirdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə