"DÇ-2018" və "DÇ-2022"yə ev sahibliyi edəcək ölkələr dəyişə bilər. Bu barədə FİFA Yoxlama Komissiyasının prezidenti Domeniko Skala məlumat verib. O deyib ki, 2018-ci və 2022-ci illərdə Rusiya və Qətərin dünya çempionatını keçirmək hüququnu nə dərəcədə düzgün əldə edib-etmədiyi ilə bağlı araşdırmalar aparılır.
D.Skalanın sözlərinə görə, ev sahibliyi ilə bağlı verilən qərarlarda rüşvət alındığı təsdiqini taparsa, sözügedən ölkələr ev sahibliyi hüququndan məhrum ediləcək: "Bu durumda biz dünya çempionatına ev sahibliyi üçün fərqli ölkələr seçəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB