İyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Çexiya Respublikasından 130 idmançı iştirak edəcək. Bu barədə Çexiya Olimpiya Komitəsinin sədri Martin Doktor məlumat verib. Azərbaycan paytaxtına yola düşənlər arasında velosiped idmanı üzrə Olimpiya çempionu Yaroslav Kulqava, atıcılıq üzrə Olimpiya çempionu David Kosteletski, cüdo üzrə dünya çempionu Lukaş Krpalek kimi güclü idmançılar var.
Çexiya Respublikası Avropa Oyunlarında 16 idman növündə təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB