"Bakı-2015"in məşəli idman obyektlərində FOTOLAR

"Bakı-2015"in məşəli idman obyektlərində FOTOLAR

Xəbər verdiyimiz kimi, "Bakı-2015" I Avropa Oyunlarının məşəli artıq 2-ci gündür ki, paytaxtımızda səyahət edir. SİA-nın məlumatına görə, bu gün məşəl Bakıda idman arenalarını gəzdirilir. I Avropa Oyunlarının məşəlini BMX Velo Parkında "Nə? Harada? Necə?" intellektual oyununun Azərbaycan üzrə baş prodüsseri Balaş Qasımov, Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük komandasının üzvü Tatyana Nikitina və Yekaterina Valiulina, Basketbol Arenasında veteran basketbolçu Elxan Əliyev, Dağ Velosipedi parkında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Bilgəh çimərliyində aktyor Tahir İmanov, Heydər Əliyev adına İdman Sarayında Olimpiya mükafatçısı, dünya və Avropa çempionu, güləşçi Mariya Standik daşıyıb.

Qeyd edək ki, bundan sonra məşəl Milli Gimnastika Arenasına, Tofiq Bəhramov adına Respublika Stadionuna və Kristal Zala səfər edəcək. Bu arenalarda məşəli müvafiq olaraq bədii gimnastika üzrə milli komandamızın lideri, Avropa çempionatının mükafatçısı Marina Durunda, Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, boks üzrə Olimpiya oyunlarının bürünc medalçısı Məhəmmədrəsul Məcidov daşıyacaq.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə