Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə "ASAN XİDMƏT" könüllüləri maraqlı aksiyaya əl atıblar. SİA-nın məlumatına görə, onlar iyunun 9-da velosiped yarışında mübarizə aparacaqlar.
Veloparkda keçiriləcək yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN xidmət" mərkəzlərinin 40 könüllüsü iştirak edəcək. Tərkibində 2 oğlan və 2 qız velosipedçi olacaq komandalar estafet sistemi üzrə yarışacaqlar.
Qeyd edək ki, yarış saat 11:00-da başlanacaq.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB