“2016olympicsrio.org” məşəlin Bakıya gətirilməsindən yazdı

“2016olympicsrio.org” məşəlin Bakıya gətirilməsindən yazdı

"2016olympicsrio.org" saytında Azərbaycanın bölgələrinə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdıran "Bakı-2015"in məşəlinin iyunun 7-də paytaxta gətirilməsi barədə məqalə verilib. SİA-nın xəbərinə görə, məqalədə 100 məşəlçinin iştirak etdiyi yürüşün 16 kilometr məsafəni əhatə etdiyi qeyd olunur.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Dənizkənarı Milli Parkda məşəli qəbul edərək estafet yürüşündə iştirak etmələri oxucuların diqqətinə çatdırılır.

Məqalədə birinci Avropa Oyunları, məşəlin səyahəti, keçiriləcək yarışlar, atletlər barədə də ətraflı məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə