Namiq Əliyev: “Güləşçilərimiz qızıl medal uğrunda mübarizə aparmağa qadirdir” AÇIQLAMA
"Avropa Oyunlarından sonra Las Veqasda çox önəmli dünya çempionatımız var". SİA-nın məlumatına görə, bu sözləri Güləş Fedrasiyasının 1-ci vitse- prezidenti Namiq Əliyev bu gün Avropa Oyunlarında iştirak edəcək idmançıların məşqi zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa Oyunlarında iştirak edəcək güləşçilərin heyətinin gec elan olunmasında səbəb Rio de Janeyrada keçiriləcək Olimpiada oyunlarıdır: "Çempionat Sentyabrın 6-da başlayacaq və bu həm də Rio de Janeyrada keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatıdır. Ona görə də, biz güləşçilərin heyətini də çox gec elan etdik. Biz çalışırdıq ki, həm optimal bir heyət Avropa Oyunlarında çıxış etsin, həm də eyni qüvvəli heyətlə Las Veqasda çıxış edə bilək. Avropa Oyunlarına hazır olan idmançılarımız bu gün elan olunan idmançılardır. Onların vəziyyətini qənaətbəxş hesab edirik. Müxtəlif çəkilərdə gənclər Avropa Oyunlarında komandasını təmsil edəcəklər. Məşqlər və müəyyən görüşlər onu göstərir ki, idmançılarımız bu gün doğrudan da hazırdırlar və öz sözlərini deyəcəklər".
Namiq Əliyev onu da qeyd edib ki, idmançılarımızı yalnız qızıl medal üçün meydana çıxacaqlar. Bugünkü idmançıların hazırlıq vəziyyəti bunu deməyə imkan verir: "Günümüzdə Azərbaycan güləşi doğrudan da dünyada güləş məktəbi olaraq artıq öz sözünü deyib. Hər idmançının qabağında hədəf birdir ki, qızıl medal qazansınlar. Bu gün Azərbaycana gələn komandalara baxsaq, ən titullu komanda bizim komandadır. Həm sərbəst güləşçilər arasında, həm Yunan- roma güləşçiləri arasında, həm də qadınlardan ibarət komandada bunu demək mümkündür. Ona görə mən hesab edirəm ki, hədəf ancaq birdir. İdmançılarımız potensiallarına görə, qızıl medal uğrunda mübarizə aparmağa qadirdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB