Hakimlərimiz beynəlxalq arenada

Monteneqro – Moldova oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Hakimlərimiz beynəlxalq arenada

Azərbaycanın FİFA referisi Orxan Məmmədov yeni təyinat alıb. AFFA-dan bildiriblər ki, 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda iyunun 15-də keçiriləcək Monteneqro – Moldova oyununu O.Məmmədov idarə edəcək.

Onun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə