Çempionlar Liqasının 5 qat qalibi BARSELONA

Çempionlar Liqasının 5 qat qalibi BARSELONA

Çempionlar Liqasında 2014/2015 mövsümünə yekun vurulub. SİA xəbər verir ki, həlledici oyunda "Barselona" və "Yuventus" klubları üz-üzə gəlib.

Ölkələrində "qızıl dubl" etmiş bu komandaların oyunu maraqla gözlənilirdi. Gərgin və maraqlı keçən oyun "Barselona"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, kataloniyalılar tarixində beşindi dəfə ÇL-ın qalibi olub

Turinlilər isə indiyədək Çempionlar Liqasının kubokunu iki dəfə başı üzərinə qaldırıb.

"Yuventus" (İtaliya) – "Barselona" (İspaniya) - 1:3

Qollar: İvan Rakitiç, 4 (0:1), Morata, 54 (1:1), Suares, 68 (1:2), Neymar, 90+7 (1:3)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Berlin (Almaniya)



























Bütün xəbərlər Facebook səhifəmizdə