Çempionlar Liqası: “Barselona” yoxsa “Yuventus”?

Çempionlar Liqası: “Barselona” yoxsa “Yuventus”?

Bu gün Almaniyanın paytaxtında futbol üzrə Avropanın ən güclü klubunun adı məlum olacaq. Bakı vaxtı ilə 23:45-də Berlin şəhərindəki Olimpiya stadionunda keçiriləcək Çempionlar Liqasının finalında İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" klubları üz-üzə gələcək.

İndiyədək hər iki klub Avropa Çempionlarının Kubokunda və Çempionlar Liqasında yeddi dəfə finala çıxıb. "Barselona" onlardan 4-də, "Yuventus" isə cəmi 2-də qələbə qazanıb "Yuventus" bir dəfə Avropa Kuboku turnirinin və Çempionlar Liqasının qalibi, "Barselona" isə dörd dəfə Çempionlar Liqasının qalibi olub. Bununla yanaşı, İspan klubu əvvəlki üç finalda qələbə qazansa da, italyanlar oyunları uduzublar. Çempionlar Liqasının bu dəfəki finalı bu iki klub arasında ilk qarşılaşma olacaq.

Bu ərəfədə aparıcı bukmeyker kontorları İspaniya və İtaliya təmsilçilərinin şanslarını qiymətləndiriblər. Nəticələrə əsasən Kataloniya klubu finalın favoriti hesab olunur. Belə ki, "Barselona"nın şansları "Qoca sinyora"dan demək olar ki, iki dəfə yüksəkdir: 69 faizə qarşı 31 faiz.

Bundan başqa, ispanların vuracağı qolların mümkün müəllifləri arasında ilk yeri Lionel Messi, italyanların heyətində isə Karlos Teves tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə