Xorvatiya "Bakı 2015"ə 107 atletlə gəlir

Xorvatiya "Bakı 2015"ə 107 atletlə gəlir

Xorvatiya "Bakı-2015" birinci Avropa Oyunlarında 18 idman növü üzrə 107 atletlə təmsil olunacaq. SİA-nın Xorvatiyanın "sport.hrt.hr" internet səhifəsinə istinadən verdiyi xəbərə görə, komandaya olimpiya mükafatçıları Snjezana Pejcic və Lucia Zaninoviç başçılıq edəcəklər.

S.Pejcic 2008-ci il Pekin Olimpiadasının 10 metr məsafəyə atıcılıq, L.Zaninoviç isə 2012-ci il London Olimpiadasının taekvondo üzrə bürünc mükafatçılarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə