Yunis Hüseynov "Xəzər Lənkəran"ın baş məşqçisi təyin edilib

Yunis Hüseynov "Xəzər Lənkəran"ın baş məşqçisi təyin edilib

"Xəzər Lənkəran" FK rəhbərliyi ötən mövsümün yekunları və növbəti mövsümə hazırlıqlarla bağlı iclas keçirib. SİA-nın məlumatına görə, iclasda klubun idman direktoru Yunis Hüseynovun baş məşqçi təyin edilməsi haqqında qərar qəbul edilib.

Həmçinin ötən mövsümün ikinci yarısında komandanın baş məşqçi vəzifəsini icra etmiş Elbrus Məmmədov əvəzedici heyətin baş məşqçisi postunda işinə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə