Güləş yığmalarımız Heydər Əliyev adına İdman Sarayında məşq etdilər FOTOSESSİYA

Güləş yığmalarımız Heydər Əliyev adına İdman Sarayında məşq etdilər FOTOSESSİYA

Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq. SİA-nın məlumatına görə, Oyunlara hazırlaşan sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığma komandalarımız yarışların keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayında məşq ediblər. Məşq prosesini Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevlə yanaşı, federasiyanın vitse-prezidentləri Məhəmməd Aliomarov və Namiq Abdullayev, AGF-nin baş katibi Əjdər Cəfərov da izləyib.
Qeyd edək ki, "Bakı-2015"in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18-də isə sərbəst güləşçilər yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə