Hollandiya yığmasının "Bakı-2015"də hədəfi

Hollandiya yığmasının "Bakı-2015"də hədəfi

Hollandiya Milli Olimpiya Komitəsi (HMOK) komandalarının "Bakı-2015" ilk Avropa Oyunlarını uğurla başa vuracağını ümid edir. SİA-nın məlumatına görə, HMOK-in icraçı direktoru Yeroen Biyl "Bakı-2015" Avropa Oyunlarında komandalarından gözlədiyi nəticə barədə danışıb: "Bakıda uğur qazanmaq istəyirik. Ən aşağı limit göstəricimiz 8 medal qazanmaqdır". Y. Biyl deyib ki, hollandiyalı idmançılar bu medallara ən azı 5 fərqli idman növü üzrə sahib olmaq istəyirlər. Belə ki, bu ölkənin 119 idmançısı 17 idman növü üzrə mübarizə aparacaq.

"Hollandiyanın cüdo komandası "Bakı-2015"də ən azı 3 medal qazanmağı qarşısına məqsəd qoyub". Bu sözləri Hollandiyanın cüdo komandasının rəhbəri Henri Bones deyib. O, həmçinin ötən il keçirilən Avropa çempionatında Hollandiyanın 4 medal, Kim Pollinq və Deks Elmont üzrə titullara sahib olduğunu da vurğulayıb.

Olimpiya qızıl medalçısı və üçqat dünya çempionu Marianna Vos onurğasında problem olduğu üçün "Bakı-2015"də iştirak edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə