Azərbaycan "Bakı 2015"də 3 triatlonçu ilə təmsil olunacaq

Azərbaycan "Bakı 2015"də 3 triatlonçu ilə təmsil olunacaq

Bu gün Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, konfransda Azər Məhərrəmov "Bakı 2015"də 3 idmançı ilə təmsil olunacaqlarını söyləyib. Bildirib ki, aparıcı idmançı qismində Beynəlxalq Triatlon Federasiyasının reytinq siyahısında Rastislav Pevtsovun da yer alıb: "Kseniya Lifkovskaya da beynəlxalq turnirlərdə yüksək nəticələr göstərib. Daha bir idmançı - Aleksandr Yatsenko da müəyyən uğurlar qazanıb. Bu sadəcə bir il ərzində qazanılan nailiyyətdir. Düşünürəm ki, yarışa Avropanın ən güclü idmançıları gələcək. Onu da deyim ki, gənclərdən ibarət komanda da formalaşdırırıq. "Bakı 2015"in start götürəcəyi günün sabahı - iyunun 13-də qadınlar, 14 iyun tarixində isə kişilər mübarizəyə başlayacaqlar. Triatlondakı qaçış, üzgüçülük və velosiped növləri üzrə müvafiq federasiyalarla sıx əlaqədə oluruq".

Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə