Tarixdə ilk dəfə keçiriləcək və ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarının biletləri qonaqlar və yerli sakinlər tərəfindən sürətlə alınır.
Artıq "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasiminə biletlər yekunlaşmaq üzrədir. Oyunların açılış mərasimi zamanı stadion tam dolu olacaq.

İnsanlar açılış və bağlanış mərasimləri ilə yanaşı, idman yarışlarına da böyük maraq göstərirlər. Yerli sakinlər daha çox güləş, boks və bədii gimnastika üzrə yarışlara biletlər alırlar. "Online" bilet satışı vasitəsilə də həm xarici ölkələrdən, həm də Azərbaycandan çox sayda biletlər alınıb.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komtəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq də biletlərin satışının uğurla həyata keçirildiyini qeyd edib: "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimində stadion tam dolu olacaq. Açılış mərasimi üçün artıq 80 faizdən çox biletlər satılıb. Yarışlara da biletlər yaxşı satılır. Azərbaycanın uğur qazandığı idman yarışlarına biletlər daha da sürətlə alınır. Əminəm ki, biletlər tam şəkildə satılacaq".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarına biletləri 12 Şəhər Bilet Satışı Məntəqəsindən və Baku2015.com saytından "online" vasitəsilə əldə etmək olar. Mingəçevir şəhərində də avarçəkmə yarışlarına bilet almaq mümkündür.
Elgün Vidadioğlu





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB