"Bakı-2015" zamanı çimərliklərdə yüksək təhlükəsizlik təmin olunacaq" AÇIQLAMA
"Bakı-2015" I Avropa Oyunlarına gələn turist axını və sakinlər isti havalarda sərinləmək üçün paytaxt çimərliklərinə üz tutacaqlar. Bakıda fəaliyyət göstərən çimərliklərə adi günlərdə olduğundan daha çox insan gələcək. Çimərliklərdə təhlükəsizliyin təmin olmasını isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti həyata keçirir. FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov sözügedən qurumun "Bakı-2015" I Avropa Oyunları zamanı fəaliyyəti barədə SİA-ya açıqlama verib. Onun sözlərinə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidməti "Bakı-2015"ə yüksək səviyyədə hazırlıq həyata keçirir: "İlk növbədə qeyd edim ki, dəniz kənarında ərazi və çimərliklərdə həm Azərbaycan, həm də ingilis dilində təhlükəsizlik qaydaları haqqında məlumatlar olan 1000-ə yaxın maarfləndirmə lövhələri quraşdırılıb. Eyni zamanda, FHN-nin Dövlət Sularda Xilasetmə Xidməti Bakı, Abşeron rayonu və Respublikanın bir çox istiqamətlərində yerli icra hakimiyyəti orqanları ilə birlikdə bir sıra işlər həyata keçirir. Çimərlik ərazisi, eyni zamanda çimmək üçün qadağan olunan su hövzələrinin ətrafında təmizlik işləri aparılır, gigiyenik qaydalar, təhlükəsizliklə bağlı problem yaradan bütün maneələr müzakirə olunur və birgə aradan qaldırma yolları axtarılır. "Bakı-2015" I Avropa Oyunları çimərlik mövsümünə təsadüf etdiyinə görə burada insanların çoxalacağını nəzərə alaraq, xilasedicilərə əlavə hazırlıq keçirilib. Yanvar ayından başlayaraq matros-xilasedici, dalğıc, motorçu-sükançı kursları üzrə hazırlıq təşkil olunub. Kadr hazırlığı ən yüksək şəkildə həyata keçirilir. "Bakı-2015" zamanı çimərliklərdə yüksək təhlükəsizlik təmin olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB