Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev velosiped həvəskarı olduğunu açıqlayıb. SİA-nın məlumatına görə, o, bu fikirləri "Bölgələrdən paytaxta" adlı layihə çərçivəsində İsmayıllı rayonuna həsr olunmuş tədbir zamanı səsləndirib.
Rayonun idman həyatına həsr olunmuş stendə baxış keçirərkən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov mədəniyyət və turizm nazirinə hazırda inşası davam edən velosiped zavodu və idman klubu barədə məlumat verib. Nazir velosiped idman növünə maraq göstərdiyini, həftə ərzində bir neçə dəfə velosiped sürdüyünü qeyd edib.
Xatırladaq ki, bu ilin aprelindən etibarən Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən İsmayıllı Olimpiya İdman Kompleksində velosiped bölməsi açılıb və hazırda xeyli yeniyetmə və gənc idmançı bu bölmədə velosiped idmanının sirrlərinə yiyələnir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB