Bakının 4 əsas obyektlər qrupunda yerləşən 12 daimi və 6 müvəqqəti idman arenası birinci Avropa Oyunlarının yarışlarını qəbul etməyə tam hazırdır. SİA-nın məlumatına görə, bu obyektlərdən biri olan Bakı Olimpiya Stadionu birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edəcək. Həmçinin burada növbəti illər ərzində futbol üzrə Azərbaycan milli komandasının ev oyunları da keçiriləcək.
Beşi yeni olmaqla, 12 idman obyekti "Bakı-2015" yarışlarından sonra Oyunların mirası olaraq qalacaq. Bunlar Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Bakı Olimpiya Stadionudur.
Hazırlıqları yenicə tamamlanmış Voterpol, Çimərlik, Basketbol Arenaları, Dağ Velosipedi Parkı, triatlon və velosiped yarışlarının keçiriləcəyi idman obyektləri isə yalnız I Avropa Oyunları zamanı fəaliyyət göstərəcək müvəqqəti obyektlər sırasındadır. Bundan başqa, 1042 mənzildən ibarət olan Atletlər Kəndi ilə yanaşı, 10 təlim-məşq və qeyri-yarış obyekti də "Bakı-2015" zamanı idmançılara xidmət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB