Zlatan İbrahimoviç Azərbaycana səfəri ilə bağlı qısa açıqlama verib. PSJ-nin və İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Azərbaycana səfəri ilə bağlı qısa açıqlama verib. O, hələ İstanbul aeroportunda Bakıya yola düşməzdən öncə Türkiyənin "Milliyyət" qəzetinin müxbirinin suallarını cavablandırıb.
Öncə PSJ-dən ayrılacağı haqda sualı cavablandıran isveçli ulduz deyib: "Belə bir fikrim yoxdur. Növbəti mövsüm üçün karyeramla bağlı hansısa plan qurmamışam".
İbrahimoviç İstanbul aeroportuna Bakıya getmək üçün gəldiyini söyləyib. O, Azərbaycana səfəri haqda danışarkən isə sadəcə bunu deyib: "Qalatasaray"a keçmək fikrim yoxdur. Azərbaycana isə qolf oynamağa gedirəm".
Qeyd edək ki, İbra Azərbaycana keçmiş qaydasız döyüşçü Faiq Babanlının dəvəti ilə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB