AFFA-nın baş katibi İbrahimoviçin Azərbaycana gəlməsindən danışdı

AFFA-nın baş katibi İbrahimoviçin Azərbaycana gəlməsindən danışdı

"İsveç millisinin ulduz futbolçusu Zlatan İbrahimoviç Bakıya gəldikdən sonra biz xəbər tutduq. Ondan sonra çox sayda zənglər qəbul etməyə başladıq". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov söyləyib. Bildirib ki, İbrahimoviç kimi məşhur futbolçunun ölkəmizə gəlməsinə normal baxmalıyıq: "Əgər İbrahimoviçin gəlməyindən xəbərimiz olsaydı, hər hansı bir layihə təşkil edərdik. Belə futbol ulduzlarının Bakıya gəlməsi normal haldır. Çünki Bakı Avropanın idman mərkəzinə çevrilib. Hazırda Bakıya ilk Avropa Oyunlarına 6 minə yaxın idmançı gələcək. Təbii ki, onlar arasında futbol ulduzları da olacaq. Düşünürəm ki, futbol ulduzlarının gələcəkdə Azərbaycana gəlməsi adi hal kimi qarşılanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə