Fərid Mansurov: “Bakı 2015”də bütün idmançılarımızdan medal gözləyirəm”
"Bakı 2015" I Avropa Oyunlarında bütün idmançılarımızdan medal gözləyirəm". SİA-nın məlumatına görə, bu sözləri olimpiya çempionu Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib. O, bütün təmsilçilərimizə uğurlar arzulayıb: "İnanıram ki, I Avropa Oyunlarında güləşçilərimiz də digər idman növləri ilə birlikdə yüksək nəticələr qazanacaqlar. Bilirdik ki, nə vaxtsa Azərbaycanda belə mötəbər yarış keçiriləcək. İdmançı həmkarlarımızdan Namiq Abdullayev, Elnur Məmmədli ilə də danışmışam. Fikirləşirik ki, ölkəmizdə keçiriləcək I Avropa Oyunları bizim dövrümüzə düşsəydi yaxşı olardı. Biz də Avropa Oyunlarının iştirakçısı olardıq. Amma ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün böyük sevincdir. Veteran idmançılar kimi özümüzü ruhən xalça üzərində hiss edirik. Bütün idmançılarımıza uğurlar arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB