Semyon Çterev: “Güləşçilərimizdən “Bakı-2015”də uğurlu nəticələr gözləyirik” AÇIQLAMA
"Bakı-2015" I Avropa Oyunlarına son hazırlıq prosesi keçirik". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında güləş üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Semyon Çterev deyib. O, komandamızın Bolqarıstan və Ukraynada təlim-məşq toplanışları keçdiyini, I Avropa Oyunlarına tam hazır olduğunu qeyd edib: "Komandamızda yaxşı güləşçilərimiz var. Başda Mariya Stadnik olmaqla, Yuliya Ratkeviç, Nadya Sementsova, Nataliya Snişin ən təcrübəli güləşçilərimizdir. Onlardan "Bakı-2015"də uğurlu nəticələr gözləyirik. Heyətimizdə gənclər də var. Onlar ilk dəfədir ki, belə möhtəşəm yarışlarda çıxış edəcəklər. Buna baxmayaraq, gənclərdən də yaxşı nəticələr gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB