"Komandamız "Bakı-2015" I Avropa Oyunlarına tam hazırdır". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü, Olimpiya oyunlarının gümüş və bürünc medalçısı, dünya və 4 qat Avropa çempionu Mariya Stadnik deyib. O, qadın güləşi üzrə milli komandamızın I Avropa Oyunlarından öncə son təlim-məşq toplanışı keçdiyini qeyd edib: "Bütün güləşçilərimiz yüksək səviyyədə hazırlıq keçiblər. Son iki həftədə öyrəndiklərimizi təkrar məşq edəcəyik. Həm psixoloji, həm də taktiki və texniki cəhətdən mübarizəyə hazırıq. Məsuliyyətmizi başa düşürük. Biraz həyacanlıyıq. Bu da bizə mane olmur, əksinə yaxşı çıxış etmək üçün stimul verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB