Namiq Əliyev: “Bakı-2015”də güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik” AÇIQLAMA

Namiq Əliyev: “Bakı-2015”də güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik” AÇIQLAMA

"İdmançılarımız güləşin hər 3 növündə yüksək səviyyədə hazırlıq keçirlər". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev deyib. O, sərbəst güləşçilərimizin İran yığması ilə birlikdə son təlim-məşq toplanışı keçdiklərini qeyd edib. Qadın güləşçilərimizin Monqolustan yığması ilə birlikdə hazırlaşdığını bildirən N. Əliyev hələ ki, "Bakı-2015" I Avropa Oyunlarında çıxış edəcək heyətin tam tərkibinin müəyyənləşdirilmədiyini vurğulayıb: "I Avropa Oyunlarında çıxış edəcək heyət bu həftənin sonuna qədər tam olaraq müəyyənləşdiriləcək. Komandanın tərkibində çoxlu gənclər olacaq. İdmançılar gənc olmalarına baxmayaraq, artıq böyüklər arasında da öz sözlərini deyiblər. Hesab edirəm ki, gənc güləşçilərimiz I Avropa Oyunlarında sürpriz edəcəklər. Ümid edirəm ki, Azərbaycan azarkeşlərini sevindirəcəyik. Heyətdə Olimpiya çempionlarımızdan Toğrul Əsgərov yer alacaq. Şərif Şərifov isə Amerikada keçiriləcək dünya çempionatına hazırlaşır. "Bakı-2015"də güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə