Fəridə Əzizova: “I Avropa Oyunları özümü təsdiqləmək baxımından yaxşı şansdır"

Fəridə Əzizova: “I Avropa Oyunları özümü təsdiqləmək baxımından yaxşı şansdır"

"Bakı-2015" I Avropa Oyunlarının taekvondo yarışlarında Azərbaycanın 8 idmançısı dayanq üzərinə çıxacaq. SİA-nın məlumatına görə, 4 kişi və 4 qadın idmançının daxil edildiyi heyətdə dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova da yer alır. Qadınlar arasında 67 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək idmançı turnirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq uğur qazanmaq üçün ciddi hazırlıq prosesi keçdiyini deyib: "I Avropa Oyunları özümü təsdiqləmək baxımından yaxşı şansdır. Bu mötəbər idman yarışı doğma divarlar arasında keçirildiyi və ilk dəfə təşkil edildiyi üçün böyük əhəmiyyətə malikdir. Komanda olaraq yarışa səylə hazırlaşırıq".

19 yaşlı idmançı Çelyabinskdə keçirilən dünya çempionatında uğursuz çıxışını döyüşü qurmaqda çətinlik çəkməsi ilə əlaqələndirib: "Kolumbiyalı taekvondoçu ilə görüş istədiyim kimi olmadı. Hazırda səhvlərim üzərində işləyirəm. Dünya çempionatındakı uğursuzluğumu I Avropa Oyunlarında unutdurmağa çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə