Malta "Bakı-2015" ilk Avropa Oyunlarında idmanın su polosu (13), atletika (35), badminton (2), velosiped (2), cüdo (2), atıcılıq (2) və triatlon (3) növləri üzrə mübarizə aparacaq 59 idmançı ilə təmsil olunacaq. SİA-nın məlumatına görə, yarışlarda Malta nümayəndə heyətinə Dion Buhagiar başçılıq edəcək.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi ilə ötən müddət ərzində sıx əlaqədə olduğunu bildirən Dion Buhagiar vurğulayıb ki, yarışların yüksək səviyyədə keçiriləcəyi artıq məlumdur. O deyib: "İlk Avropa Oyunlarının proqramına daxil edilmiş bəzi idman növlərinin "Rio-2016" Olimpiya Oyunları üçün təsnifat imkanı verməsi yarışların önəmini daha da artırır".
"Bakı-2015"in su polosu yarışlarında Maltanı təmsil edəcək komandanın kapitanı Ben Plumpton bu ölkənin bayraqdarı seçilib. //AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB