Bu ilin 12-28 iyun tarixində keçiriləcək birinci Avropa Oyunlarını Yeni Zellandiyada tamaşaçıların izləməsinə imkan yaradacaq yayım müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, Yeni Zellandiyanın SKY televiziya kanalı "Bakı-2015" yarışlarını yayımlamaq üçün hüquq əldə edən qeyri-Avropa televiziya şəbəkələri arasında yer alan növbəti şirkət olub. Bu müqaviləyə əsasən, SKY Sportun iki xüsusi səyyar kanalı, Oyunların eksklüziv görüntülərini tədbir davam etdiyi müddət ərzində ölkənin müxtəlif yerlərinə çatdıracaq.
"Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq deyib: "SKY TV ilə ən son bağlanmış müqavilə dünyanın hər yerindəki idman azarkeşlərinin Avropa Oyunlarına göstərdiyi böyük marağı bir daha təsdiq edir. Mən, bu cür nüfuzlu televiziya şəbəkəsini yayım tərəfdaşlarımızın sırasında görməyə şadam və Yeni Zellandiyadakı izləyicilərin birinci Avropa Oyunlarından zövq alacağına əminəm".
SKY-ın İdman şöbəsinin direktoru Riçard Last deyib: "Biz öz tamaşaçılarımıza hər zaman yeni və maraqlı idman buraxılışları təqdim etməyə çalışırıq. "Bakı-2015"in bu siyahıya əlavə olunması isə SKY Sport-a innovativ və fərqli proqram sistemi gətirdiyimizə gözəl nümunədir".
Yeni Zellandiya, Amerika, Ərəb ölkələri, Çin, Hindistan, Avstraliya və Yaponiyada da daxil olmaqla, Avropanın hüdudlarından kənarda Oyunları yayımlamaq üçün müqavilə imzalamış ölkələrin sırasına qoşulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB