Həsən Əliyev: "Ümid edirəm ki, “Bakı-2015”də qızıl medal qazanaram” AÇIQLAMA
"Məşqçilərimiz "Bakı-2015" I Avropa Oyunlarında hamımızdan qızıl medal gözləyir. Çünki mütəmadi olaraq ciddi hazırlıq keçmişik". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Həsən Əliyev (66 kq) deyib. O, "Bakı-2015" I Avropa Oyunlarına az vaxt qaldığına görə, zədələrdən qorunmağın vacibliyini vurğulayıb: "Bu gün ən vacib olan özümüzü zədələrdən qorumaqdır. Zədə olarsa, vaxt azlığına görə sağalmaq imkanımız olmayacaq. Həyəcanlı olsaq da, "Bakı-2015"ə hazırıq. Ən azı 7-8 rəqibim var və hamısı ilə də görüşmüşəm. Ümid edirəm ki, "Bakı-2015"də qızıl medal qazanaram".
Elgün Vidadioğlu
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB