“İrəli” atıcılıq turniri keçirib

“İrəli” atıcılıq turniri keçirib

Bu gün "İrəli" İctimai Birliyi atıcılıq turniri keçirib. SİA-nın məlumatına görə, "İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək bu gün Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Huntsman Atıcılıq Klubu və Olimpik Tir Klubun dəstəyi ilə 28 May Respublika gününə həsr olunmuş "Gənclər Təşkilatları arasında Atıcılıq Turniri" keçirib. Turnirin məqsədi Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarına dəstək olaraq gənclər arasında idmana marağın artırılması, gənclərin hərbi vətənpərvər ruhda tərbiyəsini aşılamaqdır. Turnirdə 30-a yaxın gənclər təşkilatları rəhbəri iştirak edib. İştirakçıların hər biri 5 tapança, 5 tüfəng olmaqla 10 atışdan istifadə ediblər. Yarışın sonunda ilk üç yeri tutmuş şəxslərə qiymətli hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə