UEFA-nın intizam komitəsinin qərarı ilə Gürcüstan Futbol Federasiyası 50 min avro məbləğində cərimə olunub. Komitə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində martın 29-da Gürcüstan və Almaniya milli komandaları arasında Tbilisidə keçirilən oyun zamanı baş vermiş hadisəni araşdırdıqdan sonra belə bir qərar qəbul edib.
Həmin qarşılaşma zamanı gürcü tamaşaçılardan yeddisi meydançaya daxil olaraq oyunun keçirilməsinə mane olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB