Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində idman federasiyalarının başçıları ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək İlk Avropa Oyunları zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) binası "Azərbaycanlı idmançıların evi" olacağını diqqətə çatdırıb. Bildirib ki, iyun ayının 14-dən MOK-un binasında hər gün saat 13:00-dan 14:00-a kimi əvvəlki gün ölkəyə medal qazandırmış azərbaycanlı idmançı ilə görüş təşkil ediləcək, görüşə idmançının ailəsi və yaxınları, həmçinin yerli və xarici mətbuat nümayəndələri dəvət olunacaqlar: "Bu görüşlərin əsas məqsədi medalçılarımızı nəinki Azərbaycana, həmçinin bütün Avropaya təqdim etməkdir. Həmçinin məqsədimiz idmançılarımızı qələbəyə daha da ruhlandırmaq və tamaşaçıların öz idmançılarımıza qarşı rəğbətlərini daha da artırmaqdan ibarətdir. İyun ayının 27-si medal qazanan idmançılarımız isə iyun ayının 29-da bütün medal alanlarla birlikdə böyük tədbir təşkil ediləcək. Tədbirdə Avropa Olimpiya Komitəsinin rəhbərliyinin iştirak edəcəyi gözlənilir".
Qeyd edək ki, sonda görüş müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB