"Nar Mobile" və "Red Bull" şirkətlərinin ilk Avropa Oyunları ilə bağlı təqdim etdiyi videoçarxlar qələbəyə aparan yollardan bəhs edir. SİA-nın məlumatına görə, "Bakı 2015" I Avropa Oyunlarının rəsmi tərəfdaşı "Nar Mobile" şirkətinin videosunda uğurların əldə edilməsində böyük önəm daşıyan dəyərlər əks olunur. Videoda tanınmış boks ustasının uşaqlıq illərindən, onun ailəsi və dostlarının yardımı ilə onun üzləşdiyi çətinliklərin öhdəsindən necə gəlməyindən danışılır.
"Red Bull" şirkətinin təqdim etdiyi videoda əvvəllər Bakıda keçirilmiş yarışlarda uğur qazanan idmançıların fikirlərinə yer verilib. Burada Bakı böyük qələbələr üçün ideal məkan və fantastik paytaxt kimi təsvir olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB