"Bakı-2015"in komandası yoldaşlıq oyununda qələbə qazandı FOTOSESSİYA

"Bakı-2015"in komandası yoldaşlıq oyununda qələbə qazandı FOTOSESSİYA

Bayıl stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşlarından ibarət komanda ilə "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komanda arasında yoldaşlıq oyunu keçirilib. SİA-nın məlumatına görə, oyunda topa ilk zərbəni Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov və U-21 qızlar yığmasının üzvü Nigar Cəlilli vurub.

Qarşılaşma 3:2 hesabı ilə "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komandanın xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə