Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) I Avropa Oyunlarının operativ işıqlandırılması məqsədilə növbətçilik rejimində fəaliyyət göstərəcək. SİA-nın məlumatına görə, bu barədə qərar BŞGİBİ-nin rəisi Raqif Abbasovun sədrliyi ilə Baş İdarədə keçirilən ümumi yığıncaqda qəbul edilib.
İclasda Oyunların gedişi, əsas nəticələrlə bağlı ictimaiyyətin məlumatlandırılması üçün "qaynar xətt"in yaradılması qərara alınıb. Bununla bağlı işçi qrupu formalaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB