Güləşçilərimiz Dağıstandan 2 medalla qayıdıblar FOTOSESSİYA

Güləşçilərimiz Dağıstandan 2 medalla qayıdıblar FOTOSESSİYA

Mayın 21-24-də Dağıstan Respublikasının Şamilovski rayonunda Suraqat Asiyatilovun xatirəsinə həsr olunmuş yeniyetmə sərbəst güləşçilər arasında 45-ci Respublika turniri keçirilib. SİA-nın məlumatına görə, qonşu respublikanın dəvətinə əsasən, turnirdə iştirak edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar.

Məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə mübarizə aparan yığma komandanın üzvü Orxan Həsənov (85 kq) yalnız final görüşündə məğlub olaraq gümüş medala sahib olub. Bürünc medalı isə yığmamıza Cabbar Məmmədzadə (35 kq) qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə