Lvovda yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Birincilikdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finalda Türkiyə boksçusu Tugrulhan Erdəmiri məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) də Avropa birinciliyinin qızıl medalina sahib olub. Həmyerlimiz finalda ukraynali Aleksandr Xristevi üstələyib.
Cavid Huseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq gümüş medalla kifayətlənib. Niyaməddin Allahverdiyev (52 kq) də qitə birincliyini ikinci pillədə başa vurub.
Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) turnirin bürünc medalına sahib olublar.
Azərbaycan yığması ümumi komanda hesabında Ukraynadan sonra ikinci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB