Velosipedçimiz Rusiyada 2 gümüş medal qazandı

Velosipedçimiz Rusiyada 2 gümüş medal qazandı

Rusiyanın Tula şəhərində velosiped idmanının trek növü üzrə "Grand Prix of Tula" yarışı keçirilib. SİA-nın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında bir idmançımız - Sergey Omelçenko mübarizə aparıb.

Həm keyrin, həm də 200 metr məsafəyə sprint yarışında çıxış edən velosipedçimiz hər iki növdə fəxri kürsüyə qalxıb və 2 gümüş medal əldə edib. Yeri gəlmişkən, Omelçenko sprint növündə özünün 2015-ci ildəki şəxsi rekordunu da təzələyib.

Uğurlu çıxışı sayəsində velosipedçimiz hər növdə aktivinə 54 reytinq balı yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə