Yaqub Abdullayev: “Bakı-2015”də samboçularımızdan yüksək nəticələr gözləyirik" AÇIQLAMA
"Sambo üzrə milli komandamız "Bakı-2015" I Avropa Oyunlarına hazırlıq məqsədi ilə 23 nəfərlik heyətlə Şəmkir Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır". Bu sözləri SİA-ya açıqlmasında sambo üzrə milli komandamızın baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev deyib. Onun sözlərinə görə, hazırlıq prosesinə 57, 74, 90, +100 kq çəki dərəcələrində olan və onlara kömək məqsədilə yığmanın digər ən güclü idmançıları cəlb olunub. Baş məşqçi toplanışın 14 gün davam edəcəyini qeyd edib: "İyunun 9-da təlim-məşq toplanışı yekunlaşacaq. Məqsəd samboçularımızın hazırlığını maksimum səviyyəyə qaldırmaqdır. İdmançılarımız Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən vitaminlərlə təmin olunublar. Məşqlər mütamadi olaraq həm federasiya rəhbərliyinin, həm də GİN-nin nəzarətindədir. Bakıya qayıdandan sonra Oyunlaradək idmançıların yüklənməsi azaldılacaq və bərpa prosesinə üstünlük veriləcək. İyun ayının 21-də çəki mərasimi, 22-də isə sambo üzrə yarışlar keçiriləcək. Bütün imkanlarımızı səfərbər etmişik ki, idmançılarımız I Avropa Oyunlarında uğurla çıxış edib, ən yüksək nəticələr əldə etsinlər. "Bakı-2015"də samboçularımızdan yüksək nəticələr gözləyirik".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarının sambo yarışları Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Yarışlarda Avropanın ən güclü 77 samboçusu mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB