"Neftçi" peşəkar futbol klubunun "Stadium Tour" layihəsi çərçivəsində dördüncü tədbir keçirilib. Klubdan bildiriblər ki, layihənin qonaqları "Təhsil" İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin kollektivi olub. Onlara əvvəlcə "Bakcell Arena" haqqında məlumat verilib.
Sonra yeniyetmə futbolçulara stadionun media zalı, paltardəyişmə otaqları, meydançanın ot örtüyü, "Mix Zone" göstərilib. Mərkəzi "Skybox"larla yanaşı, stadionun "VIP lounge" bölməsində olan iştirakçılara "Neftçi"nin "fans-stand" guşəsində forma və şərflər hədiyyə olunub.
Tədbirin sonunda qonaqlara stadionda çəkdirilmiş xatirə şəkilləri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB