Qəbələ rayonundakı Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri yarışları başa çatıb. Dairəvi stend üzrə qadınlar arasında keçirilən yarışda Svetlana Demina (Rusiya) birinci, Alşamaa Eman (Küveyt) ikinci, Nurlana Cəfərova (Azərbaycan) üçüncü yeri tutub. Dairəvi stend üzrə gənclərin yarışında isə Niyaz Ağazadə İrakli Lomidzeni (Gürcüstan) və Əli Mustafayevi (Azərbaycan) geridə qoyaraq Qran-pri yarışlarının qalibi olub. Hər üç yeri tutan idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan bu yarışda 17 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Gürcüstan, Macarıstan, İran, İtaliya, Kipr, Küveyt, Qətər, Rusiya, Türkiyə, Ukraynadan 150-yə yaxın idmançı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB