Antalyada Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir davam edir. Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıblar.
Gənc qızların yarışında Almaz İsmayılova (55 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Nofəl Babayev (50 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.
Sərbəst güləşçilərin yarışında mübarizə aparan Teymur Məmmədov (66 kq) da bütün rəqiblərindən üstün olub. Finalda güləşçimiz rusiyalı rəqibinə qalib gəlməklə turnirin qızıl medalını qazanıb.
Turnir mayın 24-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB