Portuqaliya millisi oyunlara Bakıda hazırlaşacaq

Portuqaliya millisi oyunlara Bakıda hazırlaşacaq

Çimərlik futbolu üzrə Portuqaliya milli komandası "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq.

Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasının məşqlərinin keçirilməsi üçün Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"nın çimərlik futbolu meydançasını ayırıb.

Portuqaliya millisi iyunun 21-dək hazırlıq keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə