"Bakı-2015" ilk Avropa Oyunlarında Belarusu təmsil edəcək samboçular müəyyənləşib. Belarus Sambo Federasiyası xəbər verir ki, ölkə birinci Avropa Oyunlarında tam heyətlə çıxış edəcək. Kişilərin yarışında Vladislav Burd (57 kq), Stepan Popov (74 kq), Andrey Kazusenok (90 kq) və Yuriy Rıbak (100 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.
Qadınların mübarizəsində isə Belarusu Alesiya Staraverova (52 kq), Yekaterina Prokopenko (60 kq), Tatyana Maçko (64 kq) və Olqa Namazova (68 kq) təmsil edəcəklər.
Komanda məşqçilər Vyaçelsav Kot, Ernst Miskeviç və Veronika Kazlovskayanın rəhbərliyi ilə yarışlara qatılacaq.
Birinci Avropa Oyunlarında ümumilikdə 72 samboçu medallar uğrunda yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB