Xavi Qətərin “Əl-Sadd” klubuna keçdi

Xavi Qətərin “Əl-Sadd” klubuna keçdi

İspaniyalı yarımmüdafiəçi Xavi Qətərin "Əl-Sadd" klubu ilə ikiillik müqavilə imzalayıb. 35 yaşlı futbolçu ilə imzalanan müqavilə cari mövsüm başa çatdıqdan sonra qüvvəyə minəcək.

Xavi bir müddət əvvəl "Barselona"dan ayrılacağını bildirmişdi. Futbolçunun komanda ilə müqaviləsi 2016-cı il iyunun 30-da başa çatsa da, tərəflər yollarını daha tez ayırmaq qərarına gəliblər.

İspaniyalı yarımmüdafiəçi "Barselona"nın əsas heyətində 1998-ci ildən çıxış edir. Xavi "Barselona"nın heyətində 8 dəfə ölkə çempionu, 2 dəfə ölkə kuboku, 6 dəfə Superkuboka sahib olub. O, üç dəfə Çempionlar Liqası, iki dəfə Avropa Superkuboku və eyni sayda klublararası dünya çempionatının qalibi adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə