Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub. SİA-nın məlumatına görə, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.
70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov ¼ finalda litvalı Lukas Petrauskasdan üstün olub - 3:0. Boksçumuz finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skamaroxla üz-üzə gələcək.
Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. Milli komandamızın üzvü rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib - 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq.
Kənan İsmayılzadə (75 kq) və Kənan Əliyev (46 kq) ¼ finalda mübarizəni dayandırıblar.
Beləliklə, mayın 22-də keçiriləcək yarımfinalda rinqə çıxacaq boksçularımız və rəqiblərini nəzərinizə çatdırırıq:
48 kq. Cavid Hüseynov – Lorkan Harleks (İrlandiya)
52 kq. Niyaməddin Allahverdiyev – Deklin Daff (Şotlandiya)
70 kq. Səid Məlikov – Yeqor Skamarox (Belarus)
54 kq. Orxan Həsənov – İvan Kozyar (Ukrayna)
60 kq. Bəxtiyar Qazıbəyov – Koryan Asteyan (Ermənistan)
+80. Məhəmməd Abdullayev – Artyum Yordanyan (Gürcüstan)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB